...

Mozambikdə qasırğa: ölənlərin sayı 120 nəfərə çatdı

Dünya xəbərləri Materials 23 Dekabr 2024 19:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mozambikdə "Şido" qasırğası nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb, daha 868 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, dekabrın 15-19-da Mozambikdə sürəti saatda 260 kilometrə çatan güclü külək və yağışlar nəticəsində 118 mindən çox yaşayış evi, 52 xəstəxana və 35 məbəd dağılıb. Kabu-Delqadu, Nampula, Nyasa, Tete və Sofala əyalətlərində 687 min mozambikli qaçqın düşüb.

Qeyd edək ki, dekabrın 7-8-də Hind okeanının cənub-şərq hissəsində yaranan qasırğa Afrika sahillərinə doğru hərəkət etməyə başlayıb. Dekabrın 23-ü adada matəm günü elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti