Bakı. Trend:
Özünü söz azadlığının müdafiəçisi kimi göstərən ABŞ-nin media azadlığına dözümsüzlüyü heyrət doğurur.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X” səhifəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin paylaşımına cavabında bildirib.
“Bir sözlə, bütün bunları və ABŞ-nin Bakıdakı səfirliyinin əvvəlki təxribat xarakterli şərhlərini nəzərə alsaq, özünü söz azadlığının müdafiəçisi kimi göstərən ABŞ-nin media azadlığına dözümsüzlüyü heyrət doğurur.
Görünən odur ki, ABŞ-nin indiki administrasiyası xəyali və mifik iddialar üzərində dayanaraq, xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək üçün əlindən gələni edir”, - deyə o bildirib.