...

Ceyhun Bayramov Serbiya Prezidenti ilə regional və beynəlxalq məsələləri müzakirə edib (FOTO)

Siyasət Materials 23 Dekabr 2024 16:04 (UTC +04:00)
Ceyhun Bayramov Serbiya Prezidenti ilə regional və beynəlxalq məsələləri müzakirə edib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə, ikitərəfli strateji tərəfdaşlıq münasibətləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan və Serbiya tərəfindən hər zaman qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyin təqdirəlayiq olduğunu bildiriblər.

Ölkəmizi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi münasibətilə təbrik edən Prezident Vuçiç, COP29 çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti