Bakı.Trend:
Son on ildə Azərbaycanda qadın din xadimlərinin sayı artıb.
Trend xəbər verir ki, bunu bu gün keçirilən “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr edilmiş konfransda Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.
O qeyd edib ki, bu çox vacib amildir.
“Hazırda onların sayı 52 nəfərdir. Sayın artırılması üçün işlər davam edəcək.
Təhsil və maarifləndirmə bu istiqamətdə mühüm rol oyayacaq”,-deyə A. Sofiyeva qeyd edib.