Bakı. Trend:
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident. İcazə verin doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırım.
Azərbaycan Macarıstan üçün böyük əhəmiyyət daşıyır. Mən şadam ki, əlaqələrimiz ötən illər ərzində möhkəmlənməkdə davam edib və müstəsna əhəmiyyət kəsb edən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Cənab Prezident, əminəm ki, Sizin fədakarlığınız olmadan bizim ümumi uğurlarımız mümkün olmazdı. Fürsətdən istifadə edərək dəstəyinizə görə Sizə minnətdarlığımı bildirirəm.
Ölkələrimiz arasında əməkdaşlığın xüsusilə enerji və su
idarəçiliyi kimi əsas sahələrdə daha da genişlənməsi üçün böyük
potensialı var.
Sizi əmin edirəm ki, gələcəkdə əməkdaşlığımızı dərinləşdirmək və
ümumi məqsədlərimizə nail olmaq üçün mənim şəxsi dəstəyimə və
hökumətimin dəstəyinə arxayın ola bilərsiniz.
Sizə möhkəm cansağlığı, mühüm önəm kəsb edən vəzifələrinizin həyata keçməsində böyük uğurlar arzulayıram" .