...

Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib

Dünya xəbərləri Materials 23 Dekabr 2024 22:41 (UTC +04:00)
Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron baş nazir Fransua Bayru ilə görüşündə ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib.

Trend-in məlumatına görə, siyahını Yelisey sarayının baş katibi Aleksis Koler oxuyub.

Məlumata əsasən, hökumətdə əsas vəzifələri əvvəlki kabinetin üzvləri saxlayıb.

Belə ki, 2024-cü ilin sentyabrında xarici işlər naziri vəzifəsinə gələn Jan-Noel Barro XİN-in, Sebastyan Lekornu isə ölkənin Silahlı Qüvvələr Nazirliyinin rəhbəri vəzifəsində qalacaq. Həmçinin Bruno Retayonun üçün Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsində saxlanılması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti