...

İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sənədi yaxın vaxtlarda imzalanacaq

Dünya xəbərləri Materials 23 Dekabr 2024 13:24 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sənədinin yaxın vaxtlarda - yanvar ayının ortalarında imzalanacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tezliklə Rusiyada Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin Ali İqtisadi Şurasının iclası təşkil olunacaq.

"İran tərəfindən İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Atabək iştirak edəcək.

Bu iclasın gündəmindəki əsas məsələlərdən biri İranın bu ittifaqa müşahidəçi üzvlüyünün təsdiqlənməsidir", - o qeyd edib.

Bəqayi deyib ki, bu ittifaqla İran arasında uzun müddətdir ticarət əlaqələri qurulub və preferensial ticarət üzrə əməkdaşlıq həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti