Bakı. Trend:
Yəmənin Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində azı yeddi nəfər ölüb.
Trend xəbər verir ki, bu barədə yerli səhiyyə rəsmiləri məlumat verib.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.