Bakı.Trend:
Avropa Komissiyasının sədri Ursula fon den Lyayen ABŞ-nin seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə yollanmağı planlaşdırmır.
Trend xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Paula Pinyu Brüsseldə keçirdiyi brifinqdə bildirib.
Nümayəndə bunu Avrokomissiya rəhbərinin inaqurasiyaya dəvət almaması ilə əlaqələndirib.
“Sədr fon der Lyayen Trampın andiçmə mərasiminə yollanmağı planlaşdırmır.
Əgər dəvət etsələr, bunu nəzərdə keçirəcəyik”, - deyə Avrokomissiyanın sözçüsü bildirib.