Bakı. Trend:
Son 20 ildə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş islahatlar, görülmüş işlər yol infrastrukturunda ciddi dəyişikliklərə gətirib çıxarıb.
Trend xəbər verir ki, bunu bu gün nəqliyyat sahəsində 2024-cü ildə görülən işlər və 2025-ci ildə planlaşdırılan layihələr haqqında keçirilən mətbuat konfransında Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O qeyd edib ki, Respublika üzrə 20,767 km uzunluğunda avtomobil yolları salınmış, yenidən qurulmuş və təmir olunub.
"335 ədəd körpü və yol ötürücüsü, 163 ədəd yeraltı və yerüstü piyada keçidi və 45 ədəd tunel tikilmişdir. Hazırda işğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 3 371,1 km təşkil edən 44 avtomobil yolu layihəsi icra edilir. 45 tunel, 447 körpü və 16 viadukun tikintisi aparılır.
Ötən illərin uğurlarının təməlində iyirmi il əvvəl nəqliyyat sektorunda başlanmış islahatların səmərəli həyata keçirilməsi dayanır.
Görülmüş işlərin nəticəsidir ki, 2024-cü ildə bir sıra sahələrdə
rekord göstəricilər və nailiyyətlər əldə edilmişdir. Ümuilikdə ölkə
ərazisi ilə tranzit yükdaşımaların həcmi 10,5% artaraq 14,8 mln
tona çatıb, o cümlədən dəmir yolu ilə tranzitdə 7,3 mln tonn artım
qeydə alınıb. Heydər Əliyev Aeroportu üzrə artım 31%, olmuşdur.
Ötən il metropoliten üzrə sərnişin daşıma 5% artaraq 230 mln
nəfərə, dəmir yolu ilə sərnişindaşıma isə 8,5 mln nəfərə çatıb.
Bakubus üzrə artım 20% və ya 148 mln nəfər olmuşdur.
2024 cü ilin 11 ayında nəqliyyat sektorunda məhsul buraxılışı 13.7%
artaraq 13.0 miyard manata çatıb", - deyə o qeyd edib.