Bakı. Trend:
Polipropilen torba və yumşaq polipropilen istehsalçılarından olan “Pera İndustries” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını kəskin azaldır.
Trend-in məlumatında görə, şirkət əvvəlki nizamnamə kapitalının həcmi əmlak şəklində formalaşdırılmış payı hesabına ümumilikdə 63,7 milyon manatdan hər birinin nominal dəyəri 10 qəpik olan 125 paydan ibarət olmaqla 12.50 manata azaldığını elan edib.
Bildirilib ki, debitorlar və kreditorlar AZ1031, Bakı şəhəri̇, Nizami rayonu, Keşlə stq, Energetika küçəsi 5 ünvanına müraciət edə bilərlər.
Qeyd edək ki, sözügedən şirkət 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi isə Rzayev Ramiz Bilal oğludur.