...

Azərbaycan XİN ABŞ-yə başsağlığı verdi

Siyasət Materials 11 Yanvar 2025 08:52 (UTC +04:00)
Azərbaycan XİN ABŞ-yə başsağlığı verdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Kaliforniyada meşə yanğınları ilə bağlı ABŞ-yə başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə nazirlik "X" sosial şəbəkəsində yazıb.

"ABŞ-nin Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş miqyaşlı dağıntılar bizi dərindən kədərləndirir.

ABŞ hökumətinə və xalqına, həmçinin həlak olanların ailələrinə səmimi başsağlığı veririk.

Bütün zərərçəkənlərə tezliklə sağalmalarını və bu faciədən tez sağalmalarını arzu edirik", - deyə paylaşımda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti