Bakı. Trend:
Bələdiyyə seçkiləri çərçivəsində Azərbaycanda mövcud olan media qurumlarının nümayəndələrinə tam azadlıq verilib.
Trend xəbər verir ki, bunu yanvarın 11-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətbəədə çapına başlanması prosesi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bunu etməkdə məqsəd seçkilərin şəffaf keçirilməsi baxımından heç bir problemin yaşanmamasıdır.
“Media nümayəndələri Mərkəzi Seçki Komissiyasında heç bir akkreditasiyadan keçmədən təmsil etdikləri qurumun vəsiqəsini göstərməklə 2 ay müddətində bütün prosesləri müşahidə edə biləcəklər”, - M.Pənahov qeyd edib.
Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.