Bakı. Trend:
Türkiyənin Gebze Sənaye Zonası Texnoparkı ilə Azərbaycanda investisiya məsələsi MÜSİAD Azərbaycan mərkəzində müzakirə olunub.
Trend xəbər verir ki, bu haqda TurkicWorld-a MÜSİAD-dan daxil olan məlumatda bildirilib.
Məlumata əsasən, bu gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sektor müdiri Cavid Gurbanli, Gebze Sənaye Zonası Texnoparkı A.Ş. (GOSB) direktoru, Prof. Dr. Murat Çemberci MÜSİAD Azərbaycan ofisini ziyarət edib.
Qurumun idarə heyəti və tərəflər arasında keçən görüşdə, GOSB-un Azərbaycanda həyata keçirilməsi planlaşdırılan layihələr, investisiyaların cəlb edilməsi istiqamətində əməkdaşlıq imkanları və digər mövzularda ətraflı fikir mübadiləsi aparılıb.
“Görüş zamanı tərəflər ölkə başçıları tərəfindən imzalanan Şuşa Bəyənnaməsinin hədəfləri çərçivəsində səyləri davam etdirdiklərini bildiriblər”, - deyə MÜSİAD Azərbaycan məlumatında deyilir.