...

Beş xarici şirkətin quş əti məhsullarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyuldu

Cəmiyyət Materials 10 Yanvar 2025 20:05 (UTC +04:00)
Beş xarici şirkətin quş əti məhsullarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyuldu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana beş xarici şirkətin quş əti məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.

Trend xəbər verr ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Belə ki, Belarusun "Птицефабрика Городок", Rusiyanın "Индюшкин Двор" və "Невинномысский Мясокомбинат", Ukraynanın "Птицекомплекс Губин", Gürcüstanın "Chirina LTD" şirkətinə məxsus quş əti məhsullarından götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində "Salmonella" aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar aidiyyəti ölkələrin müvafiq qurumlarına ixracın dayandırılmasına dair müraciət ünvanlanıb, görülən tədbirlər barədə Agentliyə məlumat verilməsi bildirilib.

Xəbər lenti

Xəbər lenti