...

Əbu-Dabi Dayanıqlılıq Həftəsi sammiti keçiriləcək

Dünya xəbərləri Materials 12 Yanvar 2025 07:39 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 14-15-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın himayəsi altında Əbu-Dabi Dayanıqlılıq Həftəsi sammiti keçiriləcək.

Trend xəbər verir ki, sammit yanvarın 12-dən 18-dək davam edəcək Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində baş tutacaq.

Builki sammit “Davamlı gələcək üçün sektoral inteqrasiya” mövzusuna həsr ediləcək. Tədbirin məqsədi dayanıqlılıq problemlərini həll etmək və iqtisadi transformasiya imkanlarını gücləndirmək üçün qlobal gündəmi müəyyənləşdirir, iqtisadi, sosial və texnoloji irəliləyişləri təşviq etmək və dəyəri 10 trilyon dollardan çox olan iqtisadi transformasiya ilə bağlı imkanları araşdırmaqdır.

Xəbər lenti

Xəbər lenti