...

Azad olunmuş iki kəndin layihələndirilməsinə başlanılır

İqtisadiyyat Materials 10 Yanvar 2025 17:38 (UTC +04:00)
Azad olunmuş iki kəndin layihələndirilməsinə başlanılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Laçın rayonunun iki kənd yaşayış məntəqəsinin layihələndirilməsinə başlanılır.

Trend-in əldə etdiyi məlumata görə, söhbət Ərikli və Kürdhacı kənd yaşayış məntəqələrindən gedir.

Belə ki, sözügedən məntəqələrdə 1-ci mərhələ üzrə layihələndirilmə xidməti həyata keçiriləcək.

Artıq Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində bununla bağlı işlər start götürüb.

Qurum Əriklinin layihələndirilməsi işlərini "İnteqris" MMC-yə, Kürdhacının layihələndirilməsini isə "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutuna həvalə edib və müvafiq müqavilələr bağlanılıb.

Müqavilələrə əsasən, sözügedən birinci yaşayış məntəqəsinin layihələndirilməsi işləri 910 370 manata, ikincisinin isə 907 789 manata başa gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti