...

Min məntəqədə veb-kameralar quraşdırılacaq - MSK

Siyasət Materials 11 Yanvar 2025 12:06 (UTC +04:00)
Min məntəqədə veb-kameralar quraşdırılacaq - MSK
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq.

Trend xəbər verir ki, bunu yanvarın 11-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətbəədə çapına başlanması prosesi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Xüsusilə üzərində dayandığım fakt veb-kamera praktikasıdır. Bu artıq beynəlxalq miqyasda Azərbaycan təcrübəsi adını qazanıb, müəlliflik hüququmuz var. Bələdiyyə seçkilərində də 1000 məntəqədə veb-kameralar quraşdırılacaq", - o bildirib.

MSK sədri qeyd edib ki, veb-kameraların quraşdırıldığı məntəqələr elə yerlərdə seçilir ki, Azərbaycan ərazisini, coğrafiyasını əhatə etsin. Qurğular vasitəsilə məntəqə açılandan, səhər saat 08:00-dan əvvəl belə oradakı hazırlıq işləri daxil olmaqla bütün hadisələri fasiləsiz olaraq izləmək mümkündür”.

Məzahir Pənahov vurğulayıb ki, veb-kameralər vasitəsilə məntəqə bağlandıqdan sonra bütün proseslər başa çatanadək baş verən hadisələri izləmək fürsəti də olacaq.

“Görüntülər ən son standartlara cavab verir. Hər şey açıq-aşkar, aydın şəkildə görünür. Veb-kamera faktoru bu prosesləri maksimum dərəcədə şəffaf keçirməyə şərait yaradır”, - deyə MSK sədri qeyd edib.

Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti