...

Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi necə dəyişib?

İqtisadiyyat Materials 11 Yanvar 2025 15:15 (UTC +04:00)
Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi necə dəyişib?
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 1,4 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 81,9 milyon ABŞ dolları və ya 10,1% azdır.

Hesabat dövründə Gürcüstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,69%-i həcmində olub.

Ötən ilin 11 ayında Azərbaycan Gürcüstana 615,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 80,8 milyon ABŞ dolları və ya 11,6% azdır. Dövr ərzində Gürcüstan ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 2,53%-ni təşkil edib.

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstandan məhsul idxalını illik müqayisədə 1,2 milyon ABŞ dolları və ya 1% azaldaraq 114,9 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində Gürcüstan ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 0,61%-ni təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43,1 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən 4,2 milyard ABŞ dolları və ya 8,9% azdır.

Xarici ticarət dövriyyəsinin 24,3 milyard ABŞ dolları ixracın, 18,7 milyard ABŞ dolları isə idxalın payına düşüb. 2023-cü ilin ilk 11 ayı ilə müqayisədə ixrac 7,1 milyard ABŞ dolları və ya 22,8% azalıb, idxal isə 2,9 milyard ABŞ dolları və ya 18,7% artıb.

Nəticədə, xarici ticarətdə 5,5 milyard dollarlıq müsbət saldo yaranıb. Bu isə illik müqayisədə 10,1 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti