...

ABŞ-də meşə yanğınları: Ölənlərin sayı artır

Dünya xəbərləri Materials 11 Yanvar 2025 10:46 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatında davam edən güclü meşə yanğınları nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, 10 mindən çox evlərin və başqa tikililərin məhv olduğu deyilir. Yanğın ocaqlarının vaxtında lokallaşdırılmamasına su qıtlığı təsir edib.

Kaliforniyanın qubernatoru Los Ancelesdə yanğınsöndürənlərin nəzarətdən çıxmış alovla mübarizəsinə əngəl törədən su probleminin mənbəyinin müstəqil şəkildə araşdırılmasını tələb edib.

Şəhərin Pasifik Paliseydz və İton rayonlarında əhalinin təxliyəsi ilə əlaqədar kütləvi qarətlər baş aldığından həmin ərazilərdə gecə saatlarında komendant rejimi tətbiq olunub.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden jurnalistlərə açıqlamasında böyük əraziləri yanaraq kül olmuş Los-Ancelesin hal-hazırda bir müharibə zonasını xatırlatdığını və insan itkilərinin artacağının gözlənildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti