Bakı. Trend:
Hazırkı Amerika administrasiyası Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində irəliləyişə nail ola bilməyib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
“Biz sələflərimiz kimi, açıq şəkildə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində ciddi irəliləyiş əldə edə bilmədik. Mən nəyə nail olacağımıza dair nikbin deyiləm, bu, hələ də ciddi narahatlıq doğuran bir sahədir. Yeni administrasiyanın nə edə biləcəyini görəcəyik. Amma düşünürəm ki, müttəfiqlərimizi bu məsələdə Şimali Koreya ilə mübarizə aparmaq üçün daha yaxşı vəziyyətə gətirmişik", - deyə o qeyd edib.