Bakı.Trend:
Avropa İttifaqı Ukraynaya 3 milyard avro məbləğində növbəti kredit tranşını köçürüb.
Trend-in xəbərinə görə, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen açıqlama verib.
“Bu gün biz G7 kreditinin Avropa hissəsinin ilk tranşı qismində Ukraynaya 3 milyard avro köçürmüşük” , - deyə xanım Lyayen yazıb.
Öz növbəsində, Avropa İttifaqının ali diplomatı Kaya Kallas öz “X” hesabında həmin kreditin müsadirə edilmiş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına bağlanacağını diqqətə çatdırıb.
Onun sözlərinə görə Avropa İttifaqı bu yolla Ukraynanın hərbi ehtiyaclarını ödəməsinə və ümumilikdə Ukrayna iqtisadiyyatına dəstək olmağa çalışır.