Bakı. Trend:
Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələri Dəməşqin cənubundakı Seyidə Zeynəb məscidində partlayışın qarşısını almaq üçün əməliyyat keçirib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, terror aktı İŞİD terror təşkilatının silahlıları tərəfindən hazırlanıb.
“Əməliyyat nəticəsində Suriya xalqına qarşı bu böyük vəhşiliyin hazırlanmasında iştirak edən İŞİD üzvləri həbs edilib”, - məlumatda qeyd olunub.