...

Nikolas Maduro üçüncü dəfə Venesuelanın prezidenti oldu

Dünya xəbərləri Materials 10 Yanvar 2025 22:25 (UTC +04:00)
Nikolas Maduro üçüncü dəfə Venesuelanın prezidenti oldu

Bakı. Trend:

Nikolas Maduro Venesuela Milli Assambleyasında keçirilən inauqurasiya mərasimində and içərək, ardıcıl üçüncü müddətə ölkə prezidenti vəzifəsini icra etməyə başlayıb.

Trend-in məlumatına görə, bu barədə Venesuela parlamentinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, N.Maduro "tarixə və həyatına" and içib ki, mandatı çərçivəsində bütün öhdəlikləri yerinə yetirəcək. O, 2013-cü ildən Venesuela prezidenti vəzifəsində çalışır.

ABŞ hakimiyyəti N.Maduronun andiçmə mərasimini tanımayıb və onun həbsinə səbəb olacaq məlumat üçün mükafatı 25 milyon dollara qədər artırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti