...

ABŞ Yəməndə Husilərin yeraltı bazalarına zərbələr endirib

Dünya xəbərləri Materials 10 Yanvar 2025 17:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ qüvvələri Yəmənin şimal-qərbində yerləşən Əmran əyalətində “Ənsər Allah” hərəkatından olan husilərə aid yeraltı obyektlərə zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Qeyd edilib ki, ABŞ ümumilikdə Əmran və Saad əyalətlərindəki obyektlərə azı 12 zərbə endirib. Hava hücumunun mülki və ya hərbi itkilərə səbəb olmadığı bildirilir.

Qəzzada İsrail-Fələstin münaqişəsinin dərinləşməsindən sonra “Ənsar Allah” hərəkatı İsrail anklavda hərbi əməliyyatları dayandırmayana qədər İsrail ərazisinə zərbələr endirəcəyini və İsraillə əlaqəli gəmilərin Qırmızı dənizdən və Babül-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini xəbərdar etmişdi.

2023-cü ilin noyabr ayından bəri Husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum edib.

Xəbər lenti

Xəbər lenti