Bakı. Trend
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 27 946,2 ton kolbasa məmulatları istehsalı edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 146,2 ton və ya 8,3% çoxdur.
Belə ki, 2023-cü ilin ilk 11 ayında ölkədə 25 800 ton kolbasa məmulatları istehsal edilmişdi.
Ötən ilin dekabrın 1-i vəziyyətinə Azərbaycanda hazır məhsul ehtiyatı 56,6 ton təşkil edib.