Bakı. Trend:
ABŞ-nin Kaliforniya ştatının hakimiyyət orqanları etibarsız hesab etdikləri vəziyyətlə bağlı məlumatların yayılması problemi ilə üzləşiblər.
Trend-in məlumatına görə, bu barədə güclü yanğınların baş verdiyi Kaliforniya ştatı qubernatoru Qevin Nyusom deyib.
"Bu dezinformasiyanı aradan qaldırmalıyıq. Ölkəni parçalamaq istəyənlər var və biz də bu məsələni həll etməliyik", - deyə o bildirib.
Eyni zamanda, Qevin Nyusom yanğınsöndürənlərin fəlakətlə mübarizədə irəliləyiş əldə edəcəyini gözlədiyini bildirib.