Bakı. Trend:
ABŞ-nin "İnter Mayami" komandası futbolçusu Lionel Messi ilə müqaviləni uzadacaq.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, tərəflər yeni müqavilə ilə bağlı razılıq əldə ediblər. 37 yaşlı argentinalı futbolçu 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq üçün həmin ilə kimi sözləşməni yeniləmək qərarına gəlib.
Yeni müqavilədə Lionel Messinin mövsümlərarası fasilədə Avropa klubuna icarəyə verilə bilməsi ilə bağlı bənd olacaq.