Bakı. Trend:
Rusiyada Saratov hava limanında müvəqqəti məhdudiyyət qoyulub.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Saratov (Qaqarin) hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda vurğulanıb.
Qeyd edək ki, bundan öncə Rusiyanın Kazan, Nijnekamsk və Ulyanovsk şəhərlərinin hava limanlarının fəaliyyətinə müvəqqəti olaraq məhdudiyyətlər qoyulub.