...

“EY İlin İş Adamı 2025” mükafatının qalibi yaxın zamanda məlum olacaq

Cəmiyyət Materials 10 Yanvar 2025 16:30 (UTC +04:00)
“EY İlin İş Adamı 2025” mükafatının qalibi yaxın zamanda məlum olacaq

Bakı. Trend:

“EY İlin İş Adamı” müsabiqəsi innovativ düşüncə tərzinə malik olan, uğur qazanmaq və cəmiyyətə müsbət təsir göstərmək niyyətini rəhbər tutan iş adamlarını bir araya gətirən nüfuzlu və unikal proqramdır. Bu müsabiqə məqsədlərinə doğru inamla irəliləyən sahibkarları təqdir edir və onların nailiyyətlərini tanıyır.

Bu il 13 iddialı namizəd “EY İlin İş Adımı” adı uğrunda mübarizə aparacaq. EY Azərbaycan şirkəti böyük məmnuniyyətlə bu ilki “EY İlin İş Adımı” adı uğrunda mübarizə aparan sahibkarları təqdim edir:

Arzu Abbasov- Abfarma

Bəhruz Rüstəmov- Upsystems ( www.upsystems.az )

Elçin Əliyev- Regional Hospital

Fəxri Qasımov- GuavaLab ( https://guavalab.az/en )

Fərrux Baxşıyev- Alservices ( https://alservices.az/en/ )

Gülbəniz Məmmədova- Princeps Legem ( https://prlegem.com/ )

Kamran Salayev- Spektr Group ( https://spektrgroup.az/ )

Kənan Seyidəli- Neon Agency ( NEON | Marketing Agency )

Səbinə Pərvizi – BloomGroup ( www.bloomgroup.az )

Səbinə Qazizadə - SDA Consulting ( http://www.sdaconsulting.az/)

Səidənur Sideif-zadə - Self Salon

Şaiq Qəribzadə- AzeriExpress ( https://www.azeriexpress.com/ )

Teymur Rzayev- Ləzzət Biskvit və Şokolad fabriki ( https://nati.az/ )

Müsabiqənin qalibi sahibkarlıq ruhu, məqsədyönlük və ictimaiyyətə göstərilən müsbət təsir kimi amilləri qiymətləndirəcək müstəqil münsiflər heyəti tərəfindən müəyyən olunacaq. Münsiflər heyəti işgüzar aləmin tanınmış və nüfuzlu nümayəndələrindən ibarətdir:

Aliyə Əzimova - Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri

Əfqan İsayev – SOCAR-ın vitse-prezidenti

Mir Camal Paşayev – Paşa Holdinq-in Direktorlar Şurasının sədr müavini

Qustaf Nobel – "Conversus" şirkətinin Baş İcraçı Direktoru

Teybə Quliyeva - "Societe Generale” Korporativ və İnvestisiya Bankının regional nümayəndəsi

Müsabiqənin baş sponsoru ABB-dir. bp şirkəti proqramın təşkili ilə bağlı maliyyə dəstəyi göstərir, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və EKVITA konsaltinq şirkəti proqramın tərəfdaşlarıdır.

Müsabiqənin qiymətləndirmə mərhələsi fevral ayında keçiriləcək. Milli mərhələnin qalibi və müxtəlif nominasiyalar üzrə qaliblər fevral ayında Bakı şəhərində keçiriləcək təntənəli mərasim zamanı elan olunacaq.

Milli mərhələnin qalibi iyun ayında Monakoda keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində ölkəni təmsil etmək şansı qazanacaq.

“EY İlin İş Adamı” müsabiqəsi haqqında

EY şirkəti tərəfindən təsis edilmiş və 1986-cı ildən etibarən keçirilən “EY İlin İş Adamı” müsabiqəsi 60-dan çox ölkə və 145-dən çox şəhərdə təşkil olunur.

İşgüzar aləmdə yüksək nüfuz qazanmış “EY İlin İş Adamı” müsabiqəsi müvəffəqiyyətə nail olmaq əzmi nümayiş etdirən iş adamlarına dəstək göstərmək məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti