Bakı. Trend:
Avropa İttifaqının rəsmiləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə gəlişindən sonra sələfi Co Baydenin Rusiyaya qarşı imzaladığı fərmanları və tətbiq etdiyi sanskiyaları ləğv edəcəyindən ehtiyat edir.
Trend xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.
Məlumata görə, Avrokomissiyanın rəsmi nümayəndələri Rusiya əleyhinə sanksiyaların Avropa İttifaqı üçün mümkün fəsadlarını hazırda təhlil etməkdədir.
Onlar Trampın həmin sanksiyaları saxlayacağına ümid edirlər.