...

ABŞ-də meşə yanğınlarının “səbəbkarlarından” biri həbs olunub

Dünya xəbərləri Materials 10 Yanvar 2025 13:22 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Los-Anceles polisi “Kennet” yanğınına səbəb olmaqda şübhəli bilinən bir nəfəri həbs edib.

Trend xəbər verir ki, bu barədə “News Nation” nəşri yazır.

“Los-Anceles polis idarəsi Kennetdəki meşə yanğınları ilə əlaqədar artıq bir nəfərin polis nəzarətinə götürüldüyünü təsdiq edib.

Məlumata görə, kimliyi açıqlanmayan şəxs Los-Anceles tarixinin ən iri meşə yanğınlarının günahkarı olmaqda şübhəli bilinir.

Qeyd edək ki, “Kennet”meşə yanğınlarının bölgəyə vurduğu ziyan ilkin olaraq 135-150 milyard dollar civarında qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti