Bakı. Trend:
Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.
Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, daha öncəki sərəncamla Samir Şərifov Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib.