Bakı. Trend:
Prezident İlham Əliyev 14 iyun 2019-cu il tarixli “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Trend xəbər verir ki, fərmana əsasən, adında və 1-ci hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf” sözləri ilə əvəz edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası təsdiqlənib.
Vəsaitdən istifadə investisiyalar, güzəştli kreditlər və qrantlar formasında həyata keçiriləcək.
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI ilə bu link vasitəsilə tanış ola bilərsiniz.