...

2030-cu ilədək 10 metro stansiyası inşa ediləcək - Nazir müavini

Cəmiyyət Materials 10 Yanvar 2025 11:49 (UTC +04:00)
2030-cu ilədək 10 metro stansiyası inşa ediləcək - Nazir müavini
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Metronun 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqramına əsasən 2 stansiyanın tikintisinin tamamlanması planlaşdırılır.

Trend xəbər verir ki, bunu "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, bu sərnişin axınını da 88 milyon nəfərədək artırılacaq.

“Daha 2 stansiyanın tikintisinin tamamlanması, 1 stansiyanın təmirinin başa çatdırılması və 8 yeni stansiyanın inşası planlaşdırılır”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, yaxın illərdə Bakı metropoliteninin inkişafı çərçivəsində 10 yeni stansiyanın tikintisi nəzərdə tutulur:

"Bu stansiyalar arasında Yaşıl xəttin “Xətai-Həzi Aslanov-2” seqmentində 4 yeni stansiya və “Dərnəgül” elektrik deposunun inşası xüsusi əhəmiyyət kəsb edir. Həmçinin Bənövşəyi xəttin inkişaf etdirilməsi ilə Sumqayıt və Xırdalandan şəhər mərkəzinə olan sərnişin axınını daha səmərəli tənzimləmək üçün metropolitenin mühüm tranzit rolunun gücləndirilməsi planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti