...

Azərbayacanda qida duzu istehsalı artıb

İqtisadiyyat Materials 10 Yanvar 2025 14:50 (UTC +04:00)
Azərbayacanda qida duzu istehsalı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 80,9 min ton qida duzu istehsalı edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,6 min ton və ya 23,9% çoxdur.

Belə ki, 2023-cü ilin ilk 11 ayında ölkədə 65,3 min ton qida duzu istehsal edilmişdi.

2024-cü ilin dekabrın 1-i vəziyyətinə Azərbaycanda hazır məhsul ehtiyatı 2,1 min ton təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında ölkədə 4287,2 milyon manat dəyərində qida məhsulları istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən 9,3% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti