Bakı. Trend:
Cəlilabadda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşlarının fəaliyyəti davam etdirilir.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 7 ədəd ov tüfəngini könüllü polisə təhvil veriblər.