...

ABŞ ali məhkəməsində “TikTok”un qadağan edilməsi məsələsinə baxılacaq

Dünya xəbərləri Materials 10 Yanvar 2025 13:50 (UTC +04:00)
ABŞ ali məhkəməsində “TikTok”un qadağan edilməsi məsələsinə baxılacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"TikTok" plaformasının nümayəndəsi bugün ABŞ-də Ali Məhkəmənin qarşısına çıxarılacaq. Bu “TikTok”un ABŞ-də gözlənilən qadağasının qarşısını almaq üçün şirkətin sonuncu cəhdi kimi qiymətləndirilir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, populyar əyləncə platforması ötən il ABŞ-də qəbul olunmuş qanunu mübahisəyə çıxarmağa çalışır.

Həmin qanuna əsasən, şirkət ABŞ-də fəaliyyət göstərə bilməsi üçün çinli sahibindən ayrılıb, yerli şirkətin mülkiyyətinə çevrilməlidir. Əks təqdirdə yanvarın 19-dan etibarən sosial şəbəkəyə ABŞ-də qadağa qoyulacaq.

ABŞ hökuməti hesab edir ki, belə bir satış həyata keçməsə, Çin “TikTok”dan bir casusluq aləti və siyasi manipulyasiya vasitəsi kimi istifadə edə bilər.

“TikTok” bu iddiaları rədd edərək, ədalətsiz şəkildə hədəfə gəldiyini və qəbul olunmuş qanunun 170 milyona yaxın amerikalı istifadəçinin azad nitq hüququnu pozduğunu bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti