...

Azərbaycanda torpaq sahələri üzrə icarə haqları ƏDV-yə cəlb edilməyəcək

İqtisadiyyat Materials 10 Yanvar 2025 14:14 (UTC +04:00)
Azərbaycanda torpaq sahələri üzrə icarə haqları ƏDV-yə cəlb edilməyəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda torpaqdan istifadə hüququnun başqasına verilməsi əməliyyatları və torpaq sahələri üzrə icarə haqları ƏDV-yə cəlb edilməyəcək.

Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri torpaqdan istifadə hüququnun başqasına verilməsi əməliyyatının və torpaq sahələri üzrə icarə haqlarının əlavə dəyər vergisinə (ƏDV) cəlb olunmaması ilə bağlıdır.

Məlum olduğu kimi, Vergi Məcəlləsinin tələblərinə əsasən, ƏDV məqsədləri üçün torpaq həm mal sayılmır, həm də torpağa mülkiyyət hüququnun başqasına verilməsi xidmət (iş) hesab edilmir.

Fiziki şəxslər tərəfindən torpaqların icarəyə verilməsi və torpaqdan istifadə hüququnun başqasına ötürülməsindən əldə olunan gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlir sayıldığından bu əməliyyatların ƏDV-yə cəlb edilməməsi hər hansı sual doğurmur. Lakin hüquqi şəxslər tərəfindən torpaqdan istifadə hüququnun başqasına verilməsi əməliyyatı və torpaq icarəsinə görə əldə edilən icarə haqqı qanunvericilikdə birbaşa məhdudiyyət olmadığından ƏDV-yə cəlb edilirdi. Bu da ƏDV-nin vergitutma obyekti ilə bağlı uyğunsuzluq yaradırdı.

Həmin səbəbdən, ƏDV-nin vergitutma obyekti ilə bağlı qanunvericilik normalarının uyğunlaşdırılması məqsədilə, hüquqi şəxslər tərəfindən də torpaqdan istifadə hüququnun başqasına verilməsi əməliyyatının və torpaq icarəsinin ƏDV-yə cəlb olunmaması barədə Vergi Məcəlləsinə dəyişiklik edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti