...

Naxçıvanda 18 milyon manata yaxın güzəştli kreditlər geri ödənilib

İqtisadiyyat Materials 10 Yanvar 2025 13:13 (UTC +04:00)
Naxçıvanda 18 milyon manata yaxın güzəştli kreditlər geri ödənilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2024-cü ildə 17,7 milyon manat güzəştli kreditlərin geri qaytarılması təmin edilib ki, bu da 2023-cü illə müqayisədə 2,9 dəfə çoxdur.

Bu barədə Trend Naxçıvan Muxtar Respublikasınınn İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ildə 11,0 milyon manat problemli kreditlərin qaytarılması təmin edilib ki, bu da 2023-cü illə müqayisədə 14,5 dəfə çoxdur.

Fondun ehtiyatlarının qalıq məbləği ilin əvvəli ilə müqayisədə 2,9 dəfə artaraq 1 yanvar 2025-ci il tarixə 19,2 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti