...

Sənaye və istehsal sektoruna kredit qoyuluşu artıb

İqtisadiyyat Materials 10 Yanvar 2025 14:30 (UTC +04:00)
Sənaye və istehsal sektoruna kredit qoyuluşu artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin dekabrın 1-nə sənaye və istehsal sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə verilən kreditlərin 1,5 milyard manat təşkil edib.

Bu barədə Trend Mərkəzi Bankdan xəbər əldə edib.

Məlumata görə, bu, aylıq müqayisədə 9,5 milyon manat və ya 0,6%, illik müqayisədə isə 329,3 milyon manat və ya 27,7% çoxdur.

Qeyd edək ki, ötən ilin dekabrın 1-nə kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 29,1 milyard manat təşkil edib. Bu isə 2023-cü ilin eyni dövrünə nisbətən 5,; milyard manat və ya 23,1% çoxdur.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 55-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti