...

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğuna yanğın nəticəsində ziyan dəyməyib - XİN

Siyasət Materials 10 Yanvar 2025 14:12 (UTC +04:00)
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğuna yanğın nəticəsində ziyan dəyməyib - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Los Anceles şəhərində baş vermiş şiddətli yanğınlar nəticəsində Azərbaycanın Baş konsulluğuna ziyan dəyməyib.

Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

"7 yanvar 2025-ci il tarixindən etibarən Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq iş aparılır.

Belə ki, Baş Konsulluğumuza məxsus sosial media hesablarında (https://x.com/azconsulatela/status/1876908935355007248?s=46, https://www.facebook.com/azconsulatela) xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi (+13109234540) yerləşdirilib", - A.Hacızadə bildirib.

Onun sözlərinə görə, vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb (lafd.org/alerts).

"Əlavə olaraq, Baş Konsulluğun yerləşdiyi binanın müvəqqəti olaraq evakuasiya edilməsinə baxmayaraq, distant qayada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır. Azərbaycanın Baş konsulluğuna burada baş verən şiddətli yanğınlar nəticəsində ziyan dəyməyib. Bundan əlavə, vətəndaşlarımızdan da onlara zərər dəyməsi barədə məlumat daxil olmayıb", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti