Bakı. Trend:
Naxçıvanda 2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 38 layihənin maliyyələşdirilməsinə 4,2 milyon manatdan çox güzəştli şərtlərlə kredit verilib.
Bu barədə Trend Naxçıvan Muxtar Respublikasınınn İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, güzəştli kreditlərin 73 faizi sənaye sektorunun, 21 faizi aqrar sektorun, 6 faizi xidmət sahələrinin inkişafına yönəldilib.
2024-cü ildə sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı 2 dəfə artırılaraq 6-a çatdırılıb. Bu istiqamətdə 3 yeni kredit təşkilatı ilə işlər davam etdirilir.