Bakı. Trend:
Ötən il Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artaraq 3,4 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar ayı üçün ilkin rəqəmlərinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin yanvar-dekabr ayları ərzində yeyinti
məhsullarının ixracı 11,3% artaraq 1,03 milyard ABŞ dollarına
bərabər olub.
2024-cü ilin 12 ayı ərzində ixrac olunan məhsullardan şəkər və
şəkərdən hazırlanan qənnadı məhsulları 62,4% artaraq 38,5 milyon
ABŞ dolları, pambıq lifi 45,2% artaraq 178,2 milyon ABŞ dolları,
bitki mənşəli yağlar və piylər 32,8% artaraq 28,9 milyon ABŞ
dolları, qiymətli metallar 29,2% artaraq 215,3 milyon ABŞ dolları,
kimya sənayesi məhsulları 18,3% artaraq 293,7 milyon ABŞ dolları,
spirtli və spirtsiz içkilər 14,3% artaraq 68,8 milyon ABŞ dolları,
çay 1,6% artaraq 6 milyon ABŞ dolları, qara metallar 1,9% artaraq
48,2 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatlar
1% artaraq 197,2 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-dekabr ayları ərzində aqrar məhsulların ixracı
2,8% artaraq 789,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının
ixracı 57,3% artaraq 316,1 milyon ABŞ dollarına bərabər olub.
Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14,1%
artaraq 1,11 milyard ABŞ dolları təşkil edib.