Bakı. Trend:
Ağsuda polisin vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı daha 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.