...

Məntəqələrə gələ bilməyənlər üçün səyyar qutular təşkil ediləcək - Məzahir Pənahov

Cəmiyyət Materials 11 Yanvar 2025 12:17 (UTC +04:00)
Məntəqələrə gələ bilməyənlər üçün səyyar qutular təşkil ediləcək - Məzahir Pənahov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar obyektiv səbəbdən məntəqələrə gələ bilməyənlər üçün səyyar qutular təşkil ediləcək.

Trend xəbər verir ki, bunu yanvarın 11-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətbəədə çapına başlanması prosesi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, bu, Seçki Məcəlləsinin tələbidir:

"Həmin şəxslər Seçki Məcəlləsinin tələbinə uyğun məntəqə seçki komissiyasına vaxtında müraciət etməlidirlər. Məntəqələrdə bizim daşınan qutularımız var. Onlar Seçki Məcəlləsinin tələbinə görə, 3 tərəfi təmsil edən komissiya üzvləri və media nümayəndələrinin iştiakı ilə həmin qutularla təmin olunacaqlar.

Bundan əlavə panduslar da quraşdırılıb. Onlardan da istifadə etmək imkanı var. Biz çalışırıq ki, həmin insanlar özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etsinlər”, - M.Pənahov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti