Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski pilotsuz uçuş aparatlarının (PUA) sifarişlərini artırmağı əmr edib.
Trend xəbər verir ki, o, bu barədə Baş Qərargahın növbəti iclasında danışıb.
Onun sözlərinə görə, əsas məqsəd bu ili bütün növ “PUA”ların əldə edilməsində rekorda nail olmaq və Ukrayna raketlərinin, artilleriyasının və digər zəruri avadanlıqların istehsalını əhəmiyyətli dərəcədə artırmaqdır.