...

Belçika Rusiya maye qazının daşıma xidmətlərini qadağan edəcək

Dünya xəbərləri Materials 11 Yanvar 2025 06:08 (UTC +04:00)
Belçika Rusiya maye qazının daşıma xidmətlərini qadağan edəcək

Bakı. Trend:

Belçika Nazirlər Şurası Rusiya maye qazının daşınması ilə bağlı məhdudlaşdırıcı tədbirlər haqqında fərman layihəsini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə federal hökumətinin mətbuat xidməti bildirib.

"Təsdiqlənmiş kral fərmanı layihəsi Aİ-nin 2024/1745 saylı Qaydasında müəyyən edilmiş qadağalara əməl olunmasını təmin etmək üçün bir sıra öhdəliklər və nəzarət mexanizmlərini nəzərdə tutur", - deyə bildirilib.

Məlumata əsasən, bu cür qadağalara Rusiya mənşəli və ya Rusiyadan ixrac edilən maye qazın daşınması üçün Avropa İttifaqı ərazisində xidmətlərin göstərilməsi daxildir.

Həmçinin yuxarıda göstərilən qadağalarla əlaqədar birbaşa və ya dolayısı ilə texniki yardım, broker xidmətləri, maliyyələşdirmə və ya maliyyə yardımı göstərmək qadağandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti