Bakı. Trend:
İsrail ordusu Yəməndə "Ənsar Allah" hərəkatının husi üsyançılarının istifadə etdiyi silah anbarlarına və tunellərə zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə "Al Hadath" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, yanvarın 10-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Əl-Hodeyda, Amran və Səna vilayətlərində husilərin hədəflərinə hücum edib. Yəmənin şimal-qərbindəki Amran əyalətinin Harf Süfyan bölgəsində üsyançıların raket və silah anbarları vurulub.
Bildirilib ki, İsrail aviasiyası Sənadakı tunellərə də raket zərbələri endirib.