...

ABŞ Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 11 Yanvar 2025 09:35 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı: Trend

Bayden administrasiya Rusiyaya qarşı sərt sanskiyalar paketi qəbul edib. Bu addım başlıca olaraq Moskvanın enerji gəlirlərinin azadılmasına hədəflənib.

Trend xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Məlumata görə, yeni sanksiyaların siyahısına treyderlərdən, rəsmilərdən tutmuş sığorta şirkətlərinə kimi 200-dən artıq hüquqi şəxsin adı salınıb. Qara siyahıya Rusiya ilə əlaqələri olan və ya ona məxsus yüzlərlə neft tankerinin də daxil edildiyi bildirilir.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin elan etdiyi sanksiyalar paketindən bəzi ölçülərin qanuni şəkildə qüvvəyə minəcəyi bildirilir. Elə olacağı təqdirdə, Rusiya ilə dialoqa girmək niyyətini gizlətməyən ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evə gəldikdən sonra həmin sanksiyaları ləğv etmək istəsə belə, bunun üçün məsələni Konqresin müzakirəsinə çıxarmalı olacaq.

Bundan başqa, rəsmi London da ilk dəfə olaraq “Gazprom Neft” və “Surgutneftgas” kimi iri Rusiya enerji şirkətlərinə qarşı birbaşa sanksiya tətbiq etməyə hazırlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti